Bəqayi:
Siyasi baxışlara əsasən rəy bildirmək Atom Enerjisi Agentliyinə yaraşmır
İran Xarici İşlər Nazirliyinin sözçüsü MAQATE-nin son hesabatı və onun baş direktorunun İranın nüvə bombası əldə etməyə çalışdığına dair açıqlamalarına cavab olaraq deyib: "Siyasi baxışlara əsaslanaraq, rəy bildirmək MAQATE-yə yaraşmır".
İsmayıl Bəqayi bu gün keçirdiyi brifinqdə qeyd edib: "Bizim Beynəlxalq Atom Enerjisi Agentliyindən baş direktorundan gözləntimiz onun öz vəzifəsi və səlahiyyətləri çərçivəsində və Agentliyin əsasnaməsinə uyğun hərəkət etməsidir. Təxminlərə və siyasi baxışlara əsaslanaraq, fikir bildirmək, nə Agentliyin baş direktorunun səlahiyyətləri daxilindədir, nə də problemin həllinə kömək edir və belə bəyanatlar konstruktiv qarşılıqlı fəaliyyətə mane olur və gərginliyi artırır”.
Bəqayi əlavə edib: "İranın nüvə proqramı ilə bağlı dəfələrlə sübut olunub ki, bu proqram beynəlxalq hüququn çərçivələrinəə uyğun olaraq, həmçinin Qorunma Müqaviləsi və Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun həyata keçirilir və Agentlikdə İranın nüvə fəaliyyətlərini izləmək üçün bütün lazımi imkanlar var".