Ali Rəhbərrin hüzurunda Quran-la üns məclisi keçirildi
Mübarək Ramazan ayının ilk günü münasibətilə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin hüzurunda Quran-la ünsiyyət məclisi keçirilib.
İmam Xomeyni (r.ə) adına hüseyniyyədə təşkil edilən bu məclisdə ölkənin tanınmış və seçilmiş qariləri və hafizləri iştirak ediblər.Ali Məqamlı Rəhbər bu məclisdə Ramazan ayının möminlər üçün böyük bir bayram olduğunu bildiriblər və buyurublar: "Şəxsi və ictimai həyatımızda olan problemləri Quranla həll etmək olar.
Həzrət Ayətullahül-üzma Xamenei davamında buyurublar: "Qurani-Kərimdə dünyada güc sahibi olanlarla necə davranmaq barədə nəsihətlər var. Bu gün biz dünyanın güc sahiblərinin geniş cəbhəsi ilə üz-üzə qalan ölkələr sırasındayıq. Bunlarla necə davrana bilərik? Quranda bunlarla necə davranılmağa dair göstərişlər var. Hansı mərhələdə onlarla dialoq quracağıq, hansı mərhələdə əməkdaşlıq edəcəyik, hansı mərhələdə ağızlarına yumruq atacağıq, hansı mərhələdə qılıncımızı çəkəcəyik? “Bütün bunlar Quranda açıq şəkildə ifadə olunub".
Bu mərasim İranın Teleradio Təşkilatının Quran kanalı və Leader.ir və Khamenei.ir saytlarından canlı yayımlanıb.