Mart 04, 2025 12:01 Asia/Baku
  • İnqilab Rəhbərinin səhifəsinin ukrayna dilindəki tvitti Rusiya medialarında

İslam İnqilabının Böyük Rəhbərinin üç il bundan əvvəl Amerikaya arxalanan ölkələrə olan xəbərdarlığının KHAMENEI.IR saytının «X» sosial şəbəkəsindəki istifadəçi hesabında tvitt formasında və ukrayna dilində yenidən yayılması, Rusiya medialarında geniş şəkildə işıqlandırılıb.

TASS informasiya agentliyi «Ayətullah Xamenei oyuncaq rejimlərin Qərbin dəstəyinə olan ümidlərinin nahaq olduğunu qeyd edib» başlıqlı bir xəbər yayıb.Bu rus media belə yazıb: İran Rəhbəri Amerika və Avropaya söykənən ölkələri Ukraynanın hazırkı durumuna nəzər salmağa çağırıb.Rusiyanın bu dövlət informasiya agentliyhi əlavə edibdir ki: Amerika və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenskinin Ağ Ev-dəki höcətləşmələrindən sonra İran Rəhbəri Əli Xameneinin 2022-ci il martın birində Qərb ölkələrinin himayəsinə söykənmənin əbəs olmasına dair çıxışı yenidən yayıldı.

Bu reportajda İslam İnqilabının Böyük Rəhbərindən bir cümlə bu tvittdə belə formada yenidən yayılıb: Ukrayna məsələsindəki birinci ibrət budur ki, Qərb güclərinin onların yerləşdirdikləri oyuncaq hökumətlər və ölkələri himayə etmələri bir ilğımdır. Bunu bütün dövlətlər bilsinlər. Amerika və Avropaya güvənən dövlətlər Ukraynanın bugünkü vəziyyətini görsünlər.TASS informasiya agentliyi sonra belə yazıb: Bundan başqa, İran Rəhbəri 2022-ci ilin martnda belə deyib: Ukrayna müharibəsinin kökünü təşkil və Kiyevi ona qurbanlıq edən məsələ, məhz Birləşmiş Ştatların siyasətidir, zira, Vaşinqton rəngli inqilablar törətməklə, Ukraynanın daxili işlərinə qarışır.