Mart 05, 2025 14:37 Asia/Baku
  • Ali Məqamlı Rəhbər ağac əkdilər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün İranda Təbbi Ehtiyatlar həftəsi və Milli Ağacəkmə Günü münasibətilə 3 ədəd ting əkib.

Həzrət Ayətullahül-üzma Xamenei bu ağacları əkdikdən sonra ağac əkilməsini sərfəli, gələcəyə hesablanmış, sərvət gətirən bir iş hesab edərək, ötən il mərhum prezident Seyid İbrahim Rəisinin administrasiyası dövründə başlanan milli ağacəkmə hərəkatına ciddi diqqət yetirməyin vacibliyini vurğulayaraq, buyurublar: “Bütün xalq bir saleh və xey əməl kimi ağac əkmə məsələsində ciddi iştirak etsinlər ki, ağacların sayının çoxalması ilə ətraf mühit və yaşayış mühitimiz təravətli və səfalı olsun". 

O Həzrət ağac əkməyin müxtəlif cəhətlər baxımından sərfəli bir sərmayə qoyuluşu olduğunu və sərvət yaratdığını vurğulayaraq, əlavə ediblər: İstənilən məqsədlə ağac əkmək, istər bar verən ağacların meyvələrindən faydalanmaq olsun, istərsə də ağacı qiymətli olan ağacların ağacından istifadə etmək olsun, heç bir zərəri olmayan tamamilə sərfəli bir addımdır". 

Ali Məqamlı Rəhbər ağacların kəsilməsi və kənd təsərrüfatı torpaqlarının dəyişdirilməsi ilə bağlı xəbərdarlıq edərək, qeyd ediblər ki, zəruri hallar istisna olmaqla, ağacların kəsilməsi zərər və təhlükədir və meşələrin məhv edilməsi və kənd təsərrüfatı sahələrinin istifadəsinin dəyişdirilməsinin qarşısı alınmalıdır.

Qeyd edək ki, hər il belə bir gündə İranda insanları ağac əkməyə, onlara qulluq etməyə, parklarda, meşələrdə və ölkənin hər yerində bitki örtüyünü qorumağa təşviq etmək üçün Milli Ağacəkmə Gününü qeyd edilir.