İranın XİN sözçüsü İsrailin Suriyaya hücumunu deşifrə etdi:
İşğalçı rejim bu ölkəni parçalamaq yolunu tutub
Sionist rejimin azlıqları dəstəkləmək bəhanəsi ilə Suriyaya hücumlarının məqsədi təfriqə salmaq və ölkəni parçalamaqdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bazar ertəsi keçirdiyi mətbuat konfransında İsrail rejiminin azlıqları dəstəkləmək bəhanəsi ilə Suriyaya hücumlarını şərh edərkən deyib: “Son günlər sionist rejim druzilərə dəstək bəhanəsi ilə Suriyaya qarşı dəfələrlə hücumlar həyata keçirib. Şübhəsiz ki, bu bir bəhanədir və mahiyyətcə İslam ölkələrində təfriqə və fitnə yaratmaq istəyən sionist rejim heç bir sağlam düşüncəyə malik deyil”.
O, əlavə edib: “Ötən bir neçə ay ərzində sionist rejimin bu cür sui-istifadələri üçün zəmin hazırlanıb və biz görürük ki, bu hərəkətlərin qarşısını almaq və cinayətləri dayandırmaq üçün heç bir maneə və iradə yoxdur”.
Onun sözlərinə görə, qəsbkar rejim Suriyanın bütün mülki, elmi-tədqiqat və müdafiə obyektləri və infrastrukturunu qanuni hədəfləri hesab edir və Suriyanın daha da məhv edilməsi üçün heç bir pis əməldən çəkinməyib.