Əraqçi və Pakistanlı həmkarı əməkdaşlığın gücləndirilməsinə razılaşdılar
May 05, 2025 18:42 Asia/Baku
Pakistan XİN: İran və Pakistan ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlıqda razılaşıblar və münasibətlərin möhkəmlənməsinə sadiq qalıblar.
Tərəflər həmçinin Cənubi Asiyadakı vəziyyətin inkişafı və İran-ABŞ arasında dolayı danışıqlar barədə fikir mübadiləsi apardılar.Onlar, eyni zamanda, Pakistan və İran arasında münasibətlərin sürətlənən inkişafını, o cümlədən liderlər səviyyəsində təmasların artırılmasını qoruyub saxlamaq barədə razılığa gəldilər.