Xarici İşlər Nazirliyinin İrana qarşı irəli sürülən ittihamlarla bağlı bəyanatı
Xarici İşlər Nazirliyi, Yəmən xalqının özünü müdafiə etmək və Fələstin xalqını dəstəkləmək sahəsindəki cəsur addımlarını İrana aid etmək istiqamətində səsləndirilən əsassız iddiaların təkrarını, bu güclü və məzlum millətə qarşı bir təhqir olaraq qiymətləndirib. Nazirlik bildirib ki, məhz Amerika ordusudur ki, sionist rejimin soyqırımını dəstəkləmək məqsədilə Yəmən xalqı ilə müharibəyə başlayıb və bu ölkənin müxtəlif şəhərlərində infrastruktur və mülki hədəflərə hücum etməklə müharibə cinayətləri
Şübhəsiz ki, Yəmənlilərin Fələstin xalqına dəstəyi, onların qardaş və bacıları olan fələstinlilərlə olan insani və islami həmrəylik hissindən qaynaqlanan müstəqil bir qərardır və bunu İrana aid etmək, sionist rejimin cinayətlərini ört-basdır etmək məqsədilə irəli sürülmüş aldadıcı və yönləndirici bir iddiadır.
İran, ABŞ-ın Yəmənə qarşı hərbi hücumlarını Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə açıq şəkildə zidd olduğunu qeyd edərək, qətiyyətlə pisləyir.
İran, öz milli təhlükəsizliyi və maraqlarına qarşı istənilən qanunsuz və təxribatçı hərəkətə qarşı hərtərəfli müdafiə mövqeyində olduğunu vurğulayaraq, ABŞ və sionist terrorçu rejimin son təhdidlərini qınayır və bu hərəkətlərin nəticələrinə görə məsuliyyəti məhz bu rejimlərin üzərinə qoyur.