İranda yeni nəsil raket uğurla sınaqdan keçirildi
Qasim Bəsir raketi 1200 km-dəki hədəfləri vurmağa qadirdir
İran İslam Respublikasında 1200 kilometr mənzilə malik yeni nəsil raket sınaqdan keçirilib.
“Qasim Bəsir” ballistik raketi ötən il İsrailə qarşı həyata keçirilən “Doğru Vəd 1 və 2” adlı cavab əməliyyatlarından əldə olunan təcrübə əsasında hazırlanıb və yüksək manevr qabiliyyəti ilə seçilir.Məlumatda qeyd olunur ki, Qasim Bəsir raketi konkret hədəfləri müəyyən edib vurmaq qabiliyyətinə malikdir və GPS sistemi olmadan da işləyə bilir.İranın müdafiə naziri Əziz Nəsirzadə məsələ ilə bağlı bildirib: "Qasim Bəsir ballistik raketi THAAD anti-ballistik raket sistemini aşa bilir. Raket həmçinim müdafiə təbəqələrindən keçmək üçün yönləndirmə və manevr qabiliyyəti baxımından təkmilləşdirilib və manevr qabiliyyəti ilə anti-ballistik müdafiə sistemlərindən asanlıqla keçir".General əlavə edib: “Biz qonşularımızla düşmən deyilik, onlar bizim qardaşlarımızdır. Lakin əgər onların ərazisində Amerika bazaları yerləşərsə, həmin obyektlər bizim potensial hədəfimiz olacaq”.