May 06, 2025 12:49 Asia/Baku
  • İranın gənclərdən ibarət ağırlıqqaldırma komandası dünya çempionu olub

İranın yeniyetmələr və gənclərdən ibarət ağırlıqqaldırma komandası on qızıl, doqquz gümüş və beş bürünc medal əldə etməklə dünya çempionatının birinciliyini qazanıb.

Yeniyetmələr və gənclərin ağırlıqqaldırma yarışları aprelin otuzundan Perunun Lima şəhərində keçirilib və İran komandası parlaq göstərici ilə çempionluq zirvəsini fəth edib. Bu uğurun fonunda qeyd edək ki, iranlı idmançılar müxtəlif çəki dərəcələrində diqqətəlayiq rekordlarla rəngarəng medallar əldə ediblər.

Rəqabətlərin sonuncu çəki dərəcəsində Həmid-Rza Məhəmmədi-Tənha üç qızıl, Taha Neməti-Müqəddəm isə üç gümüş medal qazanıblar. Onlar ağırlıqqaldırma idmanı azarkeşləri üçün cəlbedici rəqabət sərgiləyiblər.

Alma Hüseyni yeniyetmə qızlar arasında altmış dörd kiloqram çəki dərəcəsində iki hərəkətdə yüz on bir kiloqramlıq rekord və ümumilikdə, yüz doxsan yeddi kiloqram göstərici ilə gümüş və bürünc medallar əldə edib.

Yüz iki kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Hüseyn Yəzdani dünya çempionu adını almaqla yanaşı, yeniyetmələr arasında «ən güclü adam» titulunu da qazanmağı bacarıbdır.

Əli-Rza Nəsiri yüz doqquz kiloqram çəki dərəcəsində dörd yüz kilomqramlıq göstərici ilə birinci olub. Fərhad Qulizadə isə bu çəki dərəcəsində ikinci olmaqla kifayətlənibdir.