May 06, 2025 16:29 Asia/Baku
  • Putin və Pezeşkiyan telefonla danışdılar

Kreml, Putin və Pezeşkiyanın telefon danışığında strateji tərəfdaşlıq sazişi əsasında əməkdaşlığın genişləndirilməsinin müzakirə edildiyini bildirdi. Nəqliyyat və enerji sahəsində birgə layihələrlə ticarət və investisiya əlaqələrinin inkişafına xüsusi diqqət yetirildi.

İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı Oman vasitəçiliyi ilə aparılan danışıqlarla yanaşı, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya, danışıqların beynəlxalq hüquqa uyğun ədalətli razılaşma ilə nəticələnməsi üçün vasitəçi olmağa hazır olduğunu bildirib.

Prezidentlər, Rusiya ilə İran arasında əməkdaşlığı və siyasi əlaqələri daha da möhkəmləndirmək üçün birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər.