May 07, 2025 16:06 Asia/Baku
  • Həzrət Ayətullah Xamenei Qum elmi hövzəsinin 100 illiyi münasibətilə önəmli mesaj ünvanlayıb

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Xamenei, Qum Elmi Hövzəsinin yenidən təsisinin yüz illiyi münasibətilə keçirilən beynəlxalq konfransa ünvanladığı mesajda, hövzənin müxtəlif istiqamətlərdəki fəaliyyətlərini və vəzifələrini izah edib.

 O, Həzrət Ayətullah Xamenei Qum elmi hövzəsinin 100 illiyi münasibətilə önəmli mesaj ünvanlayıbİran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Xamenei, Qum Elmi Hövzəsinin yenidən təsisinin yüz illiyi münasibətilə keçirilən beynəlxalq konfransa ünvanladığı mesajda, hövzənin müxtəlif istiqamətlərdəki fəaliyyətlərini və vəzifələrini izah edib.

O, "aparıcı və nümunəvi hövzə"nin formalaşması üçün lazım olan əsas amillərə toxunub. Belə bir hövzə yenilikçi, inkişaf edən, müasir problemlərə cavab verə bilən, əxlaqlı, tərəqqi və cihad ruhuna malik, inqilabi kimlikli və eyni zamanda cəmiyyətin idarə sistemlərini dizayn etməyə qadir olmalıdır.

Həmçinin vurğulayıb ki, hövzənin ən əsas vəzifəsi “bəlağul-mübin”, yəni İslamın açıq və aydın şəkildə çatdırılmasıdır. Bu vəzifənin ən mühüm nümunəsi isə İslamın yeni sivilizasiyasının əsas və ikinci dərəcəli onların izahı, təbliği və cəmiyyət daxilində mədəniyyət halına gətirilməsidir.Mesajın əvvəlində Həzrət Ayətullah Xamenei, Qum Elmi Hövzəsinin yaranma tarixindən və onun hicri-şəmsi XIV əsrin əvvəllərindəki çətin və təlatümlü hadisələr fonunda formalaşmasından bəhs edir.O, Ayətullah Hacı Şeyx Əbdülkərim Haerinin bu müqəddəs elmi mərkəzin əsasını qoymaqda, onu qoruyub inkişaf etdirməkdəki mühüm rolunu xüsusi qeyd edir.