May 16, 2025 14:22 Asia/Baku
  • İranın nüvə təsisatlarından heç biri yığışdırılmayacaq

İran xarici işlər naziri dünən Tehranda fəaliyyət göstərən beynəlxalq kitab sərgisinin Xarici İşlər Nazirliyi pavilyonunda keçirilən “kitab və diplomatiya” proqramında iştirak edib, müxbirlərin və vətəndaşların suallarını cavablandırıb.

İran diplomatiya aparatının başçısı qeyd edib ki: Əgər qarşı tərəf bizim nüvə təsisatlarımızı aradan götürməyə qadir olmuş olsaydı, daha danışıqlara girməyə ehtiyacı olmazdı.

Əgər amerikalılar sanksiyalar vasitəsilə İranı dizə çökdürə bilsəydilər, onu davam etdirər və müzakirəyə girməzdilər- deyə, Seyid Abbas İraqçı bildirib.

İran xarici işlər naziri əlavə edib: Təkcə müzakirədə deyil, həm də hər bir hadisədə ümumi mühüm prinsip, rəvayətdir. Bəzi rəvayətlər bir qələbəni məğlubiyyətə çevirə və ya bunun əksini edə bilər.

İran xarici işlər naziri amerikalıların fərqli mövqeləri barədə də danışıb: Müzakirə tərəflərinin medialarda bildirdikləri mütləq şəkildə masa arxasında bildirilən məsələlər olmur. Bir media savaşı gedir.

Zənginləşdirməyə də şamil olan nüvə sahəsində İran xalqının hüquqlarının müdafiəsi bu prinsiplərdən və xalqın hüquqlarındandır- deyən İran müzakirə heyətinin sədri əlavə edib: Biz nə mediada, nə də ki, müzakirə masası arxasında ondan geri çəkilməyəcəyik. Bu prosesə aydınlıq gətirə bilərik, amma, nüvə təsisatlarından heç biri yığışdırılmayacaq.

Seyid Abbas İraqçı sonra belə qeyd edib: İran amerikalı şirkətlərin iqtisadi iştiraklarına qadağa qoymayıb. Bu qadağanı amerikalıların özləri tətbiq ediblər. Amerikalı şirkətlər nüvə anlaşmasından sonra öz sanksiyaları ucbatından, sərmayə yatırmaq imkanı əldə etmədilər.

İran xarici işlər naziri Uitkoff tərəfindən yazılı sənədin təhvil verilməsi barədə isə belə deyib: Müzakirələr zamanı qarşı tərəfə yazılı surətdə ideyalar verilsə də, biz indiyə kimi, yazılı şəkildə bir ideya almamışıq.

İran İslam Respublikası özünün iri siyasətlərinə əsasən, müzakirələri davam etdirmək istəyir. Bizim danışıqlardakı mövqelərimiz tamamilə aydındır və elə həmin əsasda danışıqları davam etdirəcəyik; o zamana qədər ki, qarşı tərəf də möhkəm addımla müzakirəyə girmiş və razılaşmaya nail olmağa hazır olmuş olsun. Elə bir razılaşma ki, onda bizim hüquqlarımız rəsmi şəkildə tanınmış olsun.