İranın zənginləşdirmə haqqına göz yumması üzrə heç bir ssenari yoxdur
İranın çətinliklə reallaşan dinc məqsədlərlə zənginləşdirmə üzrə hüququna göz yumacağı heç bir ssenari yoxdur.
Bunu, İran xarici işlər naziri özünün «X» platformasındakı səhifəsində yazıb. Qeyd edib ki, İran nə birbaşa, nə də ki, dolayısı ilə Birləşmiş Ştatlar tərəfdən heç bir yazılı təklif almayıb.
Seyid Abbas İraqçı sözlərinə belə davam edib: Belə bir halda, bizim aldığımız və dünyanın aldığı mesajlar hələ də çaş-baş və təzadlıdırlar. Bununla belə, İranın mövqeyi, qətiyyətli və açıqdır: Bizim hüquqlara hörmət edib, sanksiyalara son qoyun; belə olan halda, razılaşmadan söz gedə bilər.
Bunu açıq şəkildə deyirəm: İranın çətinliklə reallaşan dinc məqsədlərlə zənginləşdirmə üzrə hüququna- Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin digər bütün üzvlərinin malik olduqları hüquqa göz yumacağı heç bir ssenari yoxdur- deyə, İran xarici işlər naziri vurğulayıb.
İraqçı sonda vurğulayıb: Böyük İran xalqı, istilalarını qəbul etdirməyə çalışan kəslər qarşısında öz qüdrəti və möhkəmliyini yaxşı şəkildə göstərib. Biz daim qarşılıqlı hörmətə əsaslanan dialoqu alqışlayır, hər hansı zorakılığı rədd edirik.
Amerika prezidenti Donald Tramp dünən təyyarədə, əmirliklərin Əbu-Dəbi şəhərindən geri dönərkən jurnalistlər qarşısında iddia edibdir ki, ölkəsi/ Omanın vasitəçiliyilə cərəyan edən dolayısı ilə danışıqlar çərçivəsində İrana rəsmi təklif təqdim edib.