Xidmət şəhidlərinin anım mərasimi çərşənbə günü parlamentdə keçiriləcək
May 18, 2025 11:35 Asia/Baku
Parlamentin İdarə Heyətinin sözçüsü bildirib ki, xidmət zamanı şəhid olanların anım mərasimi çərşənbə günü səhər İran Parlamentində keçiriləcək. Tədbirdə dövlətin üç qolunun rəhbərləri, dövlət və ordu nümayəndələri, eləcə də şəhid ailələri iştirak edəcək. Qeyd olunan mərasim, İran İslam Parlamentinin təşəbbüsü ilə, xidmət şəhidlərinin fədakarlığına ehtiram və onların vətənə sədaqətinin uca tutulması məqsədilə keçirilir.