Əraqçi: ABŞ sanksiyaların təsirsizliyindən məyus olduğu üçün danışıqlara oturub
İranın xarici işlər naziri, İqtisadi Diplomatiya üzrə Regional Görüşdə çıxışında bildirdi:
İqtisadi diplomatiya üzrə nazir müavini və xaricdəki səfirliklərimizin əsas vəzifəsi yol açmaq və maneələri aradan qaldırmaqdır. Sanksiyalar böyük bir maneədir. Xarici İşlər Nazirliyinin vəzifəsi isə bu sanksiyaların ləğvi üçün çalışmaqdır.Sanksiyaları qarşı tərəf ləğv etməlidir, amma onları təsirsizləşdirmək və yan keçmək bizim öz vəzifəmizdir.Əgər sanksiya qoyanlarla danışıqların uğurlu keçməsini istəyiriksə, onları bu alətdən ümidsiz salmalıyıq.Onlar bizimlə ona görə danışıqlar aparırlar ki, zalım sanksiyalarla İran xalqını və dövlətini diz çökdürməkdən ümidsiz olublar.Demirik ki, sanksiyalar çətinlik yaratmayıb və ya qıtlıq olmayıb, amma iranlılar və tacirlərin birliyi nəticəsində imkan vermədik ki, bu sanksiyalar bizi iflic etsin.