Əraqçi: Nüvə obyektləri və materiallarının qorunması üçün xüsusi tədbirlər görülməlidir
https://azeri.sahartv.ir/news/İran-i420337-Əraqçi_nüvə_obyektləri_və_materiallarının_qorunması_üçün_xüsusi_tədbirlər_görülməlidir
İranın xarici işlər naziri BMT baş katibinə, Təhlükəsizlik Şurasının rəhbərinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoruna məktub yazaraq, nüvə obyektləri və materiallarının qorunması üçün xüsusi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
(last modified 2025-05-22T09:40:16+00:00 )
May 22, 2025 13:39 Asia/Baku
  • Əraqçi: Nüvə obyektləri və materiallarının qorunması üçün xüsusi tədbirlər görülməlidir

İranın xarici işlər naziri BMT baş katibinə, Təhlükəsizlik Şurasının rəhbərinə və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoruna məktub yazaraq, nüvə obyektləri və materiallarının qorunması üçün xüsusi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

O, məktubda sionist rejimin hər hansı macərapərəst hərəkətinin ağır nəticələri barədə xəbərdarlıq edib və ABŞ hökumətinin bu işdə hüquqi məsuliyyət daşıdığını bildirib.Əraqçi əlavə edib: İran beynəlxalq hüquqa əsaslanaraq, vətəndaşlarını, maraqlarını və obyektlərini hər cür terror və təxribatdan qorumaq üçün lazım olan bütün addımları atacaq. İran, əvvəllər olduğu kimi, İsrail rejiminin istənilən təhlükəli addımı barədə ciddi xəbərdarlıq edir və hər cür təhdid və ya qanunsuz hərəkətə qətiyyətlə cavab verəcək.