İran-Azərbaycan əlaqələrinin inkişafı kimlərisə narahat edi
“Kərimə dövləti” niyə birdən-birə yada düşdü?
Bakı Ağır Cinayətlər Məhkəməsində guya Kərimə dövləti qurmaq istəyən günahsız gənclərə hökm oxunması ölkə başçısının İran İslam Respublikası ilə bağlı müsbət siyasətini zərbə altında qoya bilər.
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın Bakıya uğurlu səfərindən sonra hansısa dairələrin iki ölkə arasında yaranmış qardaşlıq əlaqələrinə qarşı təxribata əl atacaqları gözlənilirdi, xüsusilə də bu tarixi səfərdən dərhal sonra vampir İsrail baş nazirinin Azərbaycan paytaxtına planlaşdırılmış səfəri təxirə salındı.
Qəribədir ki, bu dəfə təxribata birbaşa məhkəmə sistemi əl atıb və Bakı Ağır Cinayətlər Məhkəməsi prezident İlham Əliyevin rəyinə müğayir olaraq, qonşu ölkənin adının hallandırıldığı məhkəmə işi ilə bağlı qərar çıxarıb. Doğrudur, Azərbaycanda məhkəmənin müstəqil olduğu iddia oluna bilər, ancaq dövlət maraqları şübhəsiz onun fövqündə dayanır. Ona görə də məntiqlə Bakı Ağır Cinayətlər Məhkəməsi kimlərinsə tapşırığı əsasında guya “Kərimə” dövləti qurmaq istəyən dəstə üzvlərinə hökm oxumaqla, bir tərəfdən – necə deyərlər – “İran təhlükəsi”ni cəmiyyətə aşılamaq istəyib, digər tərəfdən isə prezidentin siyasi kursuna meydan oxuyub.
Əslində hər kəsə məlumdur ki, həbs edilmiş inanclılar 2 il bundan əvvəl mövcud olmuş anti-İran projesinin qurbanlarıdırlar və indi törətmədikləri cinayətə görə ağır həbs cəzası alırlar. Yeni Müsavat qəzetinin 15 mart 2023-cü il tarixində iddiası belə olmuşdu: “Onlar özlərini dindar kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğat aparıblar. Onlar Kərimə dövləti quracaqlarını bildirərək Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar ediblər. Onlar İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər” – sitatın sonu.
Maraqlıdır ki, vaxtilə inanclı gənclərə qarşı şər və böhtan kampaniyasında iştirak etmiş Yeni Müsavat məhkəmə qərarını işıqlandırmaqdan imtina edib, lakin məhkəmə öz ədalətsiz qərarında israrlı qalıb. Belə olan halda görəsən məhkəmə sistemi qeyri-ədalətli hökmü ilə kimə xidmət edir? Bir şey məlumdur ki, sifariş Prezident Administrasiyasından gəlməyib, bu hökmün çıxarılmasında maraqlı tərəf yalnız və yalnız İsrail rejimi ola bilər.