Hökmranlıq meyarında Şəhid Rəisi hökumətinin rolu yüksəkdir
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Şəhid Rəisinin hökmranlıq meyarı üzrə beynəlxalq konfransda bu meyarın müxtəlif cəhətlərinin öyrənilməsinin önəminə təkid edib və onu İranda hökmranlığın düzgün üsullarının bəyanı üçün zəruri adlandırıb.
Şəhid İbrahim Rəisinin hökmranlıq meyarı üzrə birinci beynəlxalq konfrans iqtisadi, hökmranlıq dəyişikliyi, siyasi hökmranlıq və tərbiyəvi hökmranlıq kimi dörd iclasla keçirilib. İclasda İran TeleRadio Təşkilatının sədri və İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-leytenant Məhəmməd Baqiri çıxış ediblər.
Ölkə şəxsiyyətlərinin iştirak etdikləri iclas İran TeleRadio Təşkilatının beynəlxalq toplantılar mərkəzində keçirilib.
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi/ Şəhid Ayətullah Rəisinin hökmranlıq meyarı üzrə beynəlxalq konfransda belə deyib: İcra hakimiyyəti rəsmilərinin hökmranlıq tərzində müxtəlif üsullardan istifadə olunub.
Ardıcıl elmi fəaliyyət bu üsullardan İslam İnqilabı modelini çıxara və gənc hökmranlar yetişdirməklə ölkə üçün daha yaxşı gələcək qura bilər. Bu istiqamətdə, Şəhid Rəisi hökuməti yüksək paya və rola malikdir.
O, vurğulayıb: Təhlükəsizlik və müdafiə olmadan, heç bir cəmiyyətdə fəaliyyət imkanı yoxdur. Haqq yolunda duran İslami İran/ dünya imperializmi ilə ardıcıl və əsaslı mübarizə ilə/ demək olar ki, başqalarından daha çox təhdid, maneə, sanksiya və təzyiqlərlə üzləşib və üzləşir və bu problemlə üzləşdiyi zamanadək bu kimi təhidlərlə də üzləşəcəkdir.