Nüvə hüquqi vazkeçilməzdir
Uranın zənginləşdirilməsi niyə İran üçün qırmızı xəttdir? - TƏHLİL
İran İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu yaxınlarda mərhum İmam Xomeyninin vəfatının 36-cı ildönümü münasibətilə etdiyi çıxışında ölkənin nüvə strategiyasını şərh edərkən ölkənin nüvə hüquqlarını müdafiə etmişdir.
Aliməqamlı Rəhbər bildirmişdir: “Zənginləşdirmə nüvə məsələsinin açarıdır və Amerikanın bu barədə boşboğazlıq etməyə haqqı yoxdur”.
İnqilab Rəhbərinin sözlərinə görə, İran nüvə sahəsində bacarıq əldə etmək üçün böyük qiymət ödəyib və uranın zənginləşdirilməsi davam etməlidir.
Bununla da Aliməqamlı Rəhbər bu məsələdə son nöqtəni qoymuşdur.
Məsələnin əhəmiyyəti bundan ibarətdir ki, uranı zənginləşdirmək və İran torpağında nüvə yanacağı istehsal dövrünü saxlamaq qabiliyyəti, eyni zamanda, onu dinc məqsədlər çərçivəsində və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında davam etdirməsi təbii olaraq ölkəyə bir növ “strateji çəkindirmə” yaradır.
Son günlər İranın uranın zənginləşdirilməsi ilə bağlı müzakirələrin qızışmasından sonra, xüsusən də nüvə danışıqları prosesində bu məsələ böyük marağa səbəb olub. Medianın yazdığına görə, İranla ABŞ arasında ən azı indiki mərhələdə yekun razılaşmanın əldə edilməsində ən böyük maneə zənginləşdirmə məsələsidir. Bu, Tehrandan geri addım atmaq istəmədiyi mühüm və eyni zamanda cəsarətli qırmızı xəttdir.
Rəsmilərin dediyinə görə, növbəti iki onillik planda İran 20.000 meqavata qədər nüvə enerjisindən və bir milyon xəstə üçün radio-dərman preparatlarının istehsalından çox asılıdır. Başqa tərəfdən qlobal şəraiti və İranın öz reaktorları üçün lazım olan yanacaq tədarükü prosesinin təmin edilməsi sahəsində keçmiş təcrübəsini nəzərə alaraq, ölkədə zənginləşdirmənin heç bir şəraitdə dayandırılmayacağı və ya İrandan çıxarılmayacağına dair strateji siyasət mövcuddur və bu hüququ 2015-ci ildə imzalanmış Nüvə Sazişində və həmçinin BMT Təhlükəsizlik Şurasının qətnaməsində də özü üçün təsbit edib.
Bu səbəbdən Tehran nüvə yanacağının istehsalında və bu strateji materialın əldə edilməsində asılılığın ölkə üçün ciddi nəticələrə səbəb ola biləcəyi qənaətindədir.
Digər tərəfdən İranın uranı zənginləşdirmək və ölkə ərazisində nüvə yanacağının istehsal dövrünü saxlamaq qabiliyyəti, onu dinc məqsədlər çərçivəsində və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında davam etdirməsi təbii olaraq bir növ “strateji çəkindirmə” yaradır.
Bu gün İran İslam Respublikası Qərbi Asiyada yeganə ölkədir ki, yerli bilik və imkanlara arxalanaraq müxtəlif səviyyələrdə uranın zənginləşdirilməsi texnologiyasına nail olub və bu, ölkə üçün yüksək reputasiya yaradıb və texnoloji müstəqilliyə malik ölkə kimi tanınır. Nəticə etibarı ilə İranda uranın zənginləşdirilməsi təkcə texnoloji tədbir deyil, həm də çoxqütblü beynəlxalq sistemdə milli mövqeləri möhkəmləndirmək və texnologiyaya əsaslanan hegemonluğa qarşı durmaq üçün strateji vasitədir və belə bir gücün itirilməsi yolverilməzdir.