Əli Laricani: 12 saat ərzində ölkəni tərk etməklə hədələdilər
İslam İnqilabının Ali Rəhbərinin müşaviri deyib: Son müharibə zamanı mənimlə əlaqə saxlayıb, dedilər ki, ölkədən çıxmaq üçün 12 saat fürsətim var. Mən də haradan əlaqə saxladıqlarını bildiyim üçün onlara Netanyahuya münasib cavab verdim.
Ali Rəhbərin müşaviri Əli Laricani bir televiziya verilişində 12 günlük müharibə barədə belə söyəyib: Tramp sionsit rejimin İrana hücumundan xəbərdar idi və onun üçün plan cızmışdı, amma öz sözlərilə insanları aldatdı. O, sionist rejimin hücumundan bir gün əvvəl dedi ki, İranla müzakirələr davam edir, sionist rejimin İrana hücumundan sonra isə bildirdi ki, mən İrana 60 gün fürsət vermişdim və bu gün 61-ci gündür. Bu, onun insanları aldatmaqla məşğul olduğunu göstərir.
İslam İnqilabının Ali Rəhbərinin müşaviri vurğulayıb ki, İranın düşmənləri psixoloji əməliyyatla nizam-intizamı pozmağa çalışsalar da, bunu eləyə bilmədilər.
Laricani deyib: Tramp deyir ki; təslim olmağınız üçün 60 gün vaxt veririk, bu, o deməkdir ki, Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların heç bir dəyəri yoxdur.
Laricani həmçinin ərəb ölkələrinin xarici təhdidlər qarşısında İran İslam Respublikası quruluşunu himayə etmələri barədə danışıb: İsrail digər ölkələri İrandan uzaqlaşdırmağa çalışsa da, ərəb ölkələri İran quruluşunun arxasında durdular.
Laricani deyib: Elə zənn edirdilər ki, bu müharibədə xalq sürətlə hökumətdən uzaqlaşacaq, amma xalq onlara yanıldıqlarını sübut etdi.
Laricani qeyd edibdir ki, sionist rejim və Amerika İran xalqının mədəni və sivilizasiya hesablamalarına məhəl qoymamışdılar.