İyun 30, 2025 14:36 Asia/Baku
  • İranın BMT-dəki səfiri: Qeyd-şərtsiz təslimçilik, müzakirə deyildir

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir-Səid İrəvani vurğulayıb ki, qeyd-şərtsiz təslimçilik, müzakirə deyildir. Bildirib ki, əgər amerikalılar öz şərtlərini bizə diktə etmək istəyərlərsə, onlarla müzakirə mümkünsüz olacaq.

CBS Nyus telekanalına müsahibə verən Əmir-Səid İrəvani deyibdir ki, əgər onlar müzakirəyə hazır olarlarsa, biz də hazır olarıq.İran uran zənginləşdirilməsini dayandırmayacaq- deyən İrəvani bildiribdir ki: MAQATE müfəttişləri İranda/ və təhlükəsiz şəraitdədirlər, amma onların fəaliyyətləri dayandırılıb və saytlarımıza əlçatanlıq icazələri yoxdur, zira, onlar öz vəzifələrini yerinə yetirməyiblər.İrəvani daha sonra söyləyib: Bəzi şəxslər fərdi surətdə agentliyi tənqid edə və ya hətta onun baş direktoruna qarşı təhdid irəli sürə bilərlər. Biz isə agentliyin özünü tənqid edirik. Bizim dəyərləndirməmiz belədir ki, onlar öz vəzifələrini yerinə yetirməyiblər və bizə qarşı belə təcavüzlərə zəmin yaradıblar.