İyun 30, 2025 14:40 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyi Trampın ağılsız və hörmətsiz sözlərini pisləyib

İran Xarici İşlər Nazirliyi ABŞ prezidentinin İranın yüksək vəzifəli rəsmilərinə qarşı ağılsız və hörmətsiz sözlərini rədd edən bəyanat yayıb.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Amerika prezidentinin İslam İnqilabının Ali Rəhbəri və İran xalqı barədəki nəzakətdən uzaq rəftarı və ağılsız sözlərini pisləyib.

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Bu hörmətsiz, həmçinin etik və diplomatik qaydalara zidd rəftar və ifadələr nəinki xalqların öz müqəddəratlarını təyinetmə haqqına hörmətə əsaslanan BMT Nizamnaməsinin maddələri və beynəlxalq ortaq dəyər və prinsipləri biabırçı şəkildə pozur, bunlar həm də köklü bir xalqa və sivilizasiyaya qarşı hörmətsizliyin, eləcə də regionda və bütün dünyada yüz milyonlarla müsəlmanın emosiyalarına xələl gətirməyin bariz nümunəsidir.

Bəyanatda sonra deyilir: Şübhəsiz, dünya müsəlmanlarının və iranlıların hörmət etdikləri dini və siyasi şəxsiyyətlərə və İrana qarşı təhqiredici və quldurcasına rəftar və ifadələr Amerikanın dardüşüncəli siyasətlərinə qarşı hiddət və nifrətin daha da artmasına, habelə onların dialoqa və anlaşmaya təmayülə dair iddialarının daha artıq etibardan düşməsinə səbəb olacaq.

İranın diplomatiya aparatı vurğulayıb: İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Amerikanın dövlət başçılarına tövsiyə edir ki, mövqetutmalardakı təkrar dəyişkənliyin və təhqiredici cəfəngiyyatların yerinə, İranın dincməqsədli nüvə təsisatlarına qarşı qanunsuz hücumda Amerika tərəfindən beynəlxalq hüquq normalarının biabırçı şəkildə pozulması, bu ölkənin qanun pozuntuları, eləcə də həmin ölkənin sionist rejimin İran xalqı və region əleyhinə cinayətlərinə dəstəyinə görə cavabdeh olsunlar.