İyun 30, 2025 14:55 Asia/Baku
  • İraqçı: Xalq qanının son damlasınadək müqavimət göstərəcək

İran xarici işlər naziri «X» platformasındakı şəxsi səhifəsində yazıb: İranın böyük xalqı öz heyranedici qüdrəti və müqavimətini bir daha dünya xalqlarına göstərdi.

Seyid Abbas İraqçı əlavə edib: Hərbi komandirlər, alilmlər, tədqiqatçılar və vətəndaşlara, o sıradan, qorxaq İsrail rejiminin əli ilə qəddarcasına öldürülən günahsız qadın və uşaqlara hörmət ifadə etmək üçün küçələrə çıxan vətənpərvərlərin coşan dalğalarının hamılıqla aydın bir mesajı var.İraqçı vurğulayıb: Aciz və zəif İsrail rejiminin əksinə olaraq, biz öz tələfatımızı əsla gizlətmirik; biz şəhidlərimizlə fəxr edirik, çünki, onlar bizim meyarlarımızdırlar. Əmin olun ki, itirilmiş hər bir zabit və alimin yerini doldurmaq üçün yüzlərlə nəfər sıraya düzülübdür.İran xarici işlər nazirinin sözlərinə görə, İranın qüdrətli və müqavimətli xalqı/ bizim taleyimiz üçün qərar çıxarmaq istəyəcək hər bir kəs qarşısında qanının son damlasınadək müqavimət göstərəcək.