İnqilab Rəhbərinin iştirakı ilə Hüseyn Aşurası gecəsi əzadarlığı mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i420793-İnqilab_rəhbərinin_iştirakı_ilə_hüseyn_aşurası_gecəsi_əzadarlığı_mərasimi_keçirilib
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə Tehranda yerləşən İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Hüseyn Aşurası gecəsi əzadarlığı mərasimi keçirilib
(last modified 2025-07-06T04:47:48+00:00 )
İyul 06, 2025 08:41 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Hüseyn Aşurası gecəsi əzadarlığı mərasimi keçirilib

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə Tehranda yerləşən İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Hüseyn Aşurası gecəsi əzadarlığı mərasimi keçirilib

Mərasimdə çıxış edən höccətülislam Məsud Ali, zülm qarşısında müqavimət istiqamətində İmam Hüseyn ələyhissəlam qiyamının dərsinə işarə edib, İslami İranı müsəlmanların Vəliyyi Əmrinin rəhbərliyi altında beynəlxalq müqavimət cəbhəsi mehvəri adlandırıb.

O, batil cəbhənin əsas mehvəri kimi dünya sionizminə işarə edib. Bildirib ki: İran xalqı Aşura təlimlərinə əsasən, heç vaxt batil cəbhəyə təslim olmayacaq, zira, “heyhat, minnəlzilləh” şüarını öz meyarı kimi qərar verib.

Mərasimin davamında cənab Mahmud Kərimi Həzrət Əba-Əbdillah ələyhissəlamın və o həzrətin şəhid köməkçilərinin vəsfində şerlər və növhə qiraət edib, mərsiyə söyləyib.

İnqilab Rəhbəri Mahmud Kərimiyə xitabən buyurublar: Əgər yorulmasan, “Ey İran”ı oxu