İyul 06, 2025 12:17 Asia/Baku
  • İnqilab Rəhbərinin Aşura gecəsi mərasimindəki iştirakı beynəlxalq əks-səda doğurub

İnqilab Rəhbərinin İmam Xomeyni(r.ə.) hüseyniyyəsində Hüseyn Aşurası gecəsi əzadarlığı mərasimində iştirakı ABŞ medialarında əks etdirilib

Amerikan “Assoşieyted-Press” informasiya agentliyi və “Vaşinqton Post” qəzeti bu haqda belə yazıblar: İranın Ali Rəhbəri, şənbə günü, İranla İsrail arasındakı onikigünlük müharibədən sonra ilk dəfə əyani şəkildə Aşura gecəsi əzadarlığı mərasimində iştirak etdi.

Bu mötəbər amerikan medialar əlavə ediblər: İranın dövlət televiziyası görüntülər yayıbdır ki, onda, İranın Ali Rəhbəri mərasimə toplaşanların şüarlarına cavab verib, onlara əl edir. Mərasim, onun paytaxt Tehrandakı məkanı və ofisi yaxınlığında yerləşən məsciddə keçirilib.

ABŞ konqresinin tabeliyində olan “Hill”, həmçinin “US News” və “Politiko” vebsaytları, eləcə də bir çox digər amerikan media da İslam İnqilabının Ali Rəhbərinin Hüseyn Aşurası gecəsi mərasimindəki iştirakını əks etdiriblər.

Çikaqo Tribyun qəzeti isə belə yazıb: İranın Ali Rəhbəri Tehrandakı məkanı və ofisi yaxınlığında yerləşən məscidə daxil olan və əyləşən zaman şüar verən insanlara əl edib və onları salamlayıbdır