İyul 06, 2025 12:58 Asia/Baku
  • Aliməqamlı Rəhbərin əzadarlıq məclisində mənalı iştirakı -TƏHLİL

Aliməqamlı Rəhbərin İmam Hüseyn əzadarlığında iştirakı gündəmi dəyişərək, dostları ruhlandırdı, düşmənləri isə pərişan etdi.

İsrail rejiminin İran İslam Respublikasına qarşı hərbi təcavüzünün ardınca Həzrət Ayətullahül-üzma Xameneinin İmam Xomeyni Hüseyniyyəsində əzadarlıq məclisinə qatılması düşmənlərin bu günlərdə Aliməqamlı Rəhbərin taleyi ilə bağlı dezinformasiyasını darmadağın etdi. Belə ki, o həzrətin hüseyniyyəyə gəlişi təkcə dini bir mərasimdə iştirak deyil, eyni zamanda çoxşaxəli və strateji bir mesajdır. Bu hadisənin əhəmiyyəti barədə bildirmək lazımdır ki, Ali Rəhbərin əzadarlıq məclisinə qatılması birinci növbədə əminlik və mənəvi güc nümayişidir. Bu nümayiş, İran xalqına "narahat olmayın, biz öz yolumuzdayıq" mesajı verir.

Qeyd edək ki, İmam Hüseynin (ə) əzadarlığı İran İslam Respublikasında sadəcə dini mərasim deyil, müqavimət ideologiyasının rəmzidir. Bu kontestdə Ayətullahül-üzma Xameneinin mövcud şəraitdə əzadarlıqda iştirakı, İmam Hüseynin (ə) yolunun – yəni zülmə qarşı müqavimətin – bugünkü real siyasi hadisələrdə tətbiq edildiyini göstərir.Həmçinin yaği düşmənə açıq mesajdır ki  “Biz heç nədən qorxmuruq”.

Əslində, xunta İsrail rejiminin hücumundan sonra xalq və rəhbərin belə sakit və mənəvi tədbirdə bir araya gəlməsi istər - istəməz düşmənə psixoloji və strateji mesajdır.Həmçinin Aliməqamlı Rəhbərin belə bir zamanda xalqa açıq şəkildə qoşulması, daxili sabitlik və milli birliyin gücləndirilməsi baxımından mühümdür. Bu addım, “rəhbərlik xalqın yanındadır” mesajını verir.Bütövlükdə İnqilab Rəhbərinin İmam Xomeyni (r.ə) Hüseyniyyəsində keçirilən mərasimdə iştirakının geniş mənaya malik mesajını beləcə xarakterizə etmək lazımdır:

1. Həzrət Ayətullahül-üzma Xamenei sionist rejim və ABŞ-ın təhdidlərinə məhəl qoymayaraq özündən cəsarət və şücaət göstərdi. 

2. Ali Rəhbər ictimaiyyət qarşısına çıxmaqla İsrailin təhdidlərinə əməli cavab verdi. 

3. Düşmənin psixoloji müharibəsinin səmərəsizliyi və media təhdidləri hər kəsə aşkar oldu. 

4. Ali Rəhbərin xəstəliyi və ya zəifliyi ilə bağlı şayiələr boşa çıxdı.

5. Məlum oldu ki, müqavimət yolu bundan sonra da İranın strateji xətti olaraq davam etdiriləcək.

6. Ölkədə tam sakitlik və sabitlik bərqərardır.

7. Müqavimət cəbhəsi ruhdan düşməyib və güclüdür. 

8. Kritik şəraitdə xalqla rəhbərlik arasında dərin bağın olduğu bir daha müşahidə olundu. 

9. İran İslam Respublikası və onun rəhbərliyi hərbi və siyasi təhlükələrə qarşı tam hazır vəziyyətdədir.

10. İnqilab Rəhbərinin ictimaiyyət qarşısına çıxması ilə Qərbin və sionist rejimin media layihələri fiaskoya uğradı. 11. Aydın oldu ki, İran İslam Respublikasını təcrid etmək layihəsi uğursuzluğa məhkumdur.

12. İnqilab Rəhbərinin dini mərasimə qatılması ilə, düşmənin beyin mərkəzlərinin psixoloji əməliyyatlarına qəti və simvolik cavab verildi.

13. Xalq hökumətinin legitimliyi və sistemin geniş sosial dəstəyə malik olduğu vurğulandı. 14. Hər kəs ankamalıdır ki, təhdidlər qarşısında xalq və hakimiyyət vahid mövqedədir. 15. Böhranların idarə edilməsində və hibrid müharibədə xalq öz rəhbərinə və silahlı qüvvələrin ali baş komandanına güvənir və onun vücudunda xüsusi  sayıqlıq və nəzakət müşahidə edir. 16.Kritik məqamlarda sistemin daxili uyğunluğu və idarəetmə gücü bir daha sübut olundu. Beləliklə də bütün bu faktlar düşmənlər üçün heç də yaxşı mesaj deyil, dostlar üçün isə qürurverici anlar yaşadır və İslam Dünyasına parlaq gələcək vəd edir.