İmam Xomeyni (r.ə) Hüseyniyyəsində Şami-Qəriban mərasimi
Əbaəbdillahil-Hüseyn (ə) və vəfalı köməkçilərinin Şami-Qəriban mərasimi dünən gecə Əhli-beyt (ə) aşiqlərindən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə keçirilib.
Mərasimdə Höccətül-İslam Nasir Rəfii çıxış edib və İmam Hüseynin (ə) söhbətlərinə istinad edərək, Aşura hadisəsinin baş vermə səbəblərini şərh edib.
O, deyib: "“Cəmiyyətdə bidətlərin yayılması”, “dinin zəifləməsi”, “haqqa əməl edilməməsi”, “xəvasın susması”, “Allaha və qələbəyə ümidin itirilməsi" İmam Hüseynin (ə) xəbərdarlıqlarıdır ki, əgər ciddiyə alınsaydı, o gün İslam ümmətI Kərbəla hadisəsinə gəlib çatmazdı".
Həmçinin, İmam Xomeyni (r.ə) Hüseyniyyəsində iştirak edən camaat da cənab Səid Həddadiyanın növhəxanlığı ilə ismət və paklıq xanədanının müsibətində matəm saxladılar.