Zənginləşdirmədən əl çəkə bilmərik
İran özünün nüvə zənginləşdirməsi proqramından əl çəkməyəcək. Bunu, İran xarici işlər naziri «Foks Nyus» telekanalı ilə müsahibədə bildirib.
İran xarici işlər naziri Seyid Abbas Əraqçı yerli vaxtla bazar ertəsi günü axşam saat altıda Amerikanın «Foks Nyus» telekanalının «özəl reportaj» verilişində yayılacaq bu kanalın aparıcısı Uilyam Bret Bayer-lə eksklüziv müsahibədə İranın öz nüvə zənginləşdirməsi proqramından əl çəkməyəcəyini təsdiq edib.
İraqçı onu da təsdiq edib ki, sərt beynəlxalq sanksiyalar üzrə təhdidlərə rəğmən, Amerikanın əsas hədəfinin/ İranın bütün zənginləşdirmə qabiliyyətlərinin qarşısının alınması ilə nəticələnəcəyi ehtimalı azdır.
Əraqçı deyib: Biz zənginləşdirməni kənara qoya bilmərik, zra, o, öz alimlərimizin nailiyyətidir və hazırda ondan daha çox, bu, bir milli qürur məsələsidir.
Əraqçı müsahibənin tam şəkildə efirə getməsindən öncə yayılan bir klipdə Amerikanın «Foks Nyus» telekanalının «özəl reportaj» verilişinin aparıcısı və icraçı redaktoru Bret Bayer-ə belə söyləyib: Zənginləşdirmə bizim üçün çox əzizdir.
İran xarici işlər naziri təsdiq edibdir ki, Amerikanın ötənaykı hücumları nəticəsində İranın nüvə təsisatlarına vurulan xəsarətlərin miqdarı «ciddi» olub, amma, zənginləşdirilmiş uranın bu hücumda salamat qalıb-qalmaması barədə fikir bildirməyib.
Əraqçı deyib: Bizim təsisatlar ziyan çəkiblər, özü də ciddi ziyan çəkiblər. Onun dəqiq miqdarı hazırda ölkəmizin Atom Enerjisi Təşkilatı tərəfindən dəyərləndirilməkdədir.
O, qeyd edib ki, bu ziyan hal-hazırda bütün zənginləşdirmə qabiliyyətlərini də dayandırıbdır.