İyul 23, 2025 17:05 Asia/Baku
  • Bütün ssenarilərə hazır olmalıyıq

İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Məcid Musəvi deyib: "Bu gün ölkəyə yenidən baş verə biləcək təkrarlanan Aşura kimi baxmalıyıq. Ona görə də, özümüzü hər bir vəziyyətə hazırlamalıyıq".

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı briqada generalı Seyid Məcid Musəvi televiziyaya müsahibəsində qeyd edib ki, böyük şəhidlərin, xüsusilə də şəhid Əmir Əli Hacizadə və şəhid Məhəmməd Baqirinin yadigar qoyduğu şücaət və mücahidət mədəniyyəti bu gün müxtəlif səhnələrdə özünü büruzə verməkdədir.

General Musəvi İslam İnqilabını qorumaq kimi böyük məsuliyyəti ömürlərinin sonuna qədər davam etdirəcəklərini bəyan edərək, əlavə edib: "Bizim bu inqilaba sivilizasiya və axirəz-zamani baxışımız var. Bu inqilab, İmam Məhdi (ə.c) zühuru üçün zəmin hazırlayan inqilabdır. Şübhəsiz ki, gücümüz yetdiyi və şəhidlər yolunda ata biləcəyimiz addımlar qədər bu işıqlı yolu Ali Məqamlı Rəhbərin rəhbərliyi altında davam etdirəcəyik".

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı davamında bildirib: "Hər birimizin bir missiyası və məsuliyyəti var. Bizim böyük xalqımız vətəni və İslam quruluşunu müdafiə etmək üçün meydanda necə hazır olduqlarını nümayiş etdirdilər və Ali Məqamlı Rəhbərdən başqa heç kimin xalqın şəənini müəyyən etmək üçün səlahiyyəti yoxdur. Xalqın hansı statusa malik olduğunu ancaq O Həzrət deyə bilər.