İyul 27, 2025 13:25 Asia/Baku
  • İran XİN sözçüsü Zahidandakı terror aktını qınayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi şənbə günü İranın cənub-şərqindəki Zahidanda bir ana və körpə də daxil olmaqla bir sıra günahsız həmvətənlərin şəhid olması və ya yaralanması ilə nəticələndi terror aktını pisləyib.

İsmayıl Bəqayi şəhid olanların ailələrinə başsağlığı verərək və bu terror cinayətində yaralananların tezliklə sağalmasını arzulayaraq, İran İslam Respublikasının bu cinayəti törədənlərin və sifariş verənlərin müəyyən edilməsində və onların mühakimə olunaraq cəzalandırılmasında qərarlı olduğunu vurğulayıb.

Qeyd edək ki, şənbə günü silahlı terrorçular Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərində ədliyyə binasına basqın edərək, bir qadın və bir körpə uşaq da daxil olmaqla 6 nəfəri şəhid edib, 22 nəfəri yaralayıblar