İyul 27, 2025 13:57 Asia/Baku
  • Mövləvi Əbdül Həmid Ceyşül Zülm qruplaşmasının terror aktını qınayıb

Sistan və Bəluçistan vilayətində sünni vətəndaşların imam cüməsi Mövləvi Əbdül Həmid bir bəyanat yayaraq, vilayətin ədliyyə binasına qarşı silahlı hücumu “namərdcəsinə” qiymətləndirib və onu şiddətlə qınayıb.

Bəyanatın mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə!  

Təəssüf ki, şənbə günü səhər saatlarında silahlı şəxslər Zahidanda Sistan və Bəlucistan Ədalət Məhkəməsinə hücum edərək, bir neçə nəfəri şəhid edib və ya yaralayıblar. Mən bir qadın və bir uşaq da daxil olmaqla silahsız insanların həyatını itirdiyi, ümumi və mülki yerə edilən bu namərdcəsinə hücumu qeyri-şərii hesab edir, şiddətlə qınayıram.

Həmçinin, həlak olnaların ailələrinə başsağlığı verirəm, Uca Allahdan yaralılara tezliklə şəfalar diləyirəm. Silahlı hərəkətlər heç bir şəkildə Sistan və Bəlucistan xalqına xidmət etmir və hər hansı bir əmin-amansızlıq onların maraqlarına zərər verəcəkdir.