İyul 28, 2025 13:53 Asia/Baku
  • İranın müdafiə və hücum qüdrəti düşmənin hesablamalarını pozdu

Sepah-ın sözçüsü: Əgər İran Silahlı Qüvvələrinin raket əməliyyatları elə həmin şiddətlə davam etsəydi, bu gün sionist rejimdən əsər-əlamət qalmazdı

Sepah-ın sözçüsü: Əgər İran Silahlı Qüvvələrinin raket əməliyyatları elə həmin şiddətlə davam etsəydi, bu gün sionist rejimdən əsər-əlamət qalmazdı

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü və ictimai əlaqələr üzrə rəis müavini briqada generalı pasdar Əli-Məhəmməd Naini sionist rejimin müharibə nazirinin İran əleyhinə dediyi cəfəngiyyatlar barədə belə söyləyib: Bu cəfəngiyyatlar daha çox psixoloji əməliyyat xarakteri daşıyır, amma, İran İslam Respublikasının Silahlı Qüvvələri bir an da olsa belə, müdafiə hazırlıqlarını artırmağı unutmayıbdır.

Doğru Vəd əməliyyatlarının uğurlu təcrübəsinə və onikigünlük məcburi müharibənin nəticələrinə toxunan general Naini əlavə edib: Düşmən iztirab atmosferi yaratmaqla cəmiyyətin psixoloji təhlükəsizliyini pozmağa çalışır. Belə bir halda, o, İranın həm yumşaq, həm də sərt qüdrətini yaxşı şəkildə sınayıbdır.

O, sonra söyləyib: Bizim sərt qüdrətimiz, düşmənin bütün hesablamalarını pozan müxtəlif miqyaslarda müdafiə və hücum qüdrəti olub.

O, əlavə edib: İran İslam Respublikasının yumşaq qüdrəti isə düşmənin fitnələrini zərərsizləşdirən sayıqcasına rəhbərlik, xalqın dini inamları və milli birlik olubdur