İran və Rusiya Zəngəzura qarşı hərbi addıma hazırdırlar
Ötən həftələrdə yayılan xəbərlər amerikalıların iddia olunan Zəngəzur dəhlizi məsələsinə birbaşa girişmək maraqlarından söz açır.
Amerikalılar təklif ediblər ki, Azərbaycanın əsas ərazisini Naxçıvana qovuşduran Ermənistan ərazisində İran sərhədilə paralel marşrut/ bir “amerikan özəl hərbi şirkəti”n yüzillik icarəsinə keçsin.
Rusiyanı həmişəlik olaraq Cənubi Qafqazdan uzaqlaşdıracaq bu hərəkət, İranı da həmin bölgədə amerikalılarla birbaşa toqquşma təhlükəsi altında qoyacaq.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildiribdir ki: Amerikanların rəftarı aldatmaqdan başqa bir şey deyil və Qərb bu məsələ ilə bağlı planın arxasında tamamilə fürsətçi bir tədbiri gizlədib.
Rusiyadan əlavə, öz ticarət mallarının Ermənistan dəmiryolu vasitəsilə köçürülməsindən mənfəət qazanan Çin də bu koridor qarşısında öz maraqlarını risk altında görür.
Əgər indiyədək İran Azərbaycan ilə Türkiyənin/ onun Ermənistanla sərhədinə yiyələnmələrini cilovlamaq üçün təklikdə hərbi addım atmağa hazır idisə, hazırda/ və amerikalıların gəlişi, ruslar və çinlilərin də məsələyə qoşulmaları ilə, bu hazırlıq əvvəlkindən daha ciddi xarakter alacaq.