Təcavüz təkrar olunarsa, cavab verməkdə tərəddüd etməyəcəyik
Əgər təcavüz təkrar olunarsa, daha qətiyyətli və gizlətməyi mümkünsüz olacaq üsullarla cavab verməkdə tərəddüd etməyəcəyik. Bunu, İran xarici işlər naziri «X» platformasında vurğulayıb.
Seyid Abbas İraqçı «X» platformasında yerləşdirdiyi mesajda belə qeyd edib: Yeddiminillik bir sivilizasiyada kökü olan və zəngin mədəniyyətli xalqa malik olan İran, heç vaxt təhdid və qorxutma dili ilə cavab verməyəcək. İranlılar heç zaman heç bir əcnəbi qarşısında baş əyməyib və ona, yalnız hörmətlə cavab veriblər.
İran xarici işlər naziri vurğulayıb: İran Amerikanın və İsrailin son təcavüzləri zamanı həm bizim, həm də düşmənlərimiz üçün nəyin baş verdiyini- o sıradan, hələ də düşmən tərəfindən senzura edilən bizim vurduğumuz zərbələrin miqdarını dəqiq şəkildə bilir. Əgər təcavüz təkrar olunarsa, daha qətiyyətli və gizlətməyi mümkünsüz olacaq üsullarla cavab verməkdə tərəddüd etməyəcəyik.
İraqçı əlavə edib: Bir milyondan çox iranlının/ Tehran tədqiqat reaktoru tərəfindən istehsal olunan tibb izotoplarına ehtiyacı var. Amerika istehsalı olan sözügedən reaktor 20 faiz zənginləşdirilmiş uranla işləyir. İran həmçinin özünün yeni nüvə reaktorlarının yanacağını təmin etmək üçün zənginləşdirməyə ehtiyac duyur.
İraqçı sonra belə qeyd edib: Heç bir ağıllı insan/ xarici zorakıların tələbinə görə, insanların həyatlarını xilas edən daxili və dincməqsədli texnologiyada iri investisiyanın bəhrəsini kənara qoymaz.
İraqçı yazıb: İranın nüvə təsisatlarına qarşı son qanunsuz bombardmanlar həmişə dediyimiz məsələni sübuta yetiribdir ki: «heç bir hərbi həll yolu» mövcud deyildir. Əgər bizim nüvə proqramımızın ehtimal üzrə qeyri-dincməqsədli hədəflərə tərəf yayınması haqda nigarançılıqlar vardırsa, «hərbi seçim»in faydasızlığı isbat edildi. Amma, müzakirəyə əsaslanan bir həll yolu kəsərli ola bilər.
İraqçı sonda vurğulayıb: Hamı bilməlidir ki, biz iranlılar öz dincməqsədli nüvə proqramımızı satın almamışıq; biz onu, qan, tər və göz yaşı ilə qurmuşuq. Bu texnologiyanı və biliyi bizim bacarıqlı insan mənbələrimiz inkişaf etdiriblər. O, bombardmanlarla aradan götürülə bilməz. Bəli, bizim zənginləşdirmə təsisatlarımız son dərəcə zərər çəkiblər,/ amma, əzmkarlığımız və iradəmiz xeyir.