Avq 01, 2025 10:32 Asia/Baku
  • ABŞ-ın və Qərb ölkələrinin İran əleyhinə əsassız ittihamları rədd olunub

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Amerikanın, Fransanın və bir neçə digər Qərb ölkəsinin İran əleyhinə əsassız və gülünc ittihamları təkrar etmələrini günahı aşkar şəkildə başqasının boynuna atmaq və ictimai rəyi işğal olunmuş Fələstindəki soyqırım kimi mühüm məsələdən yayındırmağa səy kimi izah edib və pisləyib.

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi söyləyib: Amerika, Fransa, həmçinin zorakılıqsevər və terrorçu qrup və ünsürləri himayə və onlara ev sahibliyi etmək kimi anti-iran bəyanatını imzalayan digər ölkələr terrorizmə dəstək kimi beynəlxalq hüquqa zidd hərəkətlərə görə cavabdeh olmalıdırlar.

Amerika ilə sionist rejimin İrana qarşı son hərbi təcavüzlərinə, eləcə də fəal himayə və ya bəyanatı imzalayn ölkələrin razılıqlı sükutu ilə müşayiət olunan Qəzzədəki soyqırımın davam etməsinə toxunan İsmayıl Bəqayi həmin ölkələrin İran İslam Respublikasına ittiham vurmalarını ağ yalan və qabaqgəlmişlik adlandırıb. Bildiribdir ki, bu plan böyük İran xalqına qarşı təzyiq tətbiq etmək məqsədilə və iranofobiya kimi nəhs kampaniya istiqamətində işlənib hazırlanıbdır.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb: Bu cür rəftar beynəlxalq hüquq normaları və BMT Nizamnaməsini pozur və sözügedən bəyanatı imzalayan ölkələr bu nalayiq və məsuliyyətsiz davranışlarına görə cavabdeh olmalıdırlar.

Bundan öncə Amerika, İngiltərə və bir neçə digər Qərb ölkəsi İranı insanları öz torpaqlarında öldürmək, insan oğurluğu və əzab-əziyyət üzrə iddia olunan səydə ittiham etmişdilər