Avq 13, 2025 18:05 Asia/Baku
  • Laricani Livanın suverenliyi və birliyinin qorunmasının vacibliyini vurğulayıb

İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani ölkəsinin Livanın müstəqilliyi və birliyini dəstəklədiyini və bu ölkənin daxili işlərinə hər hansı müdaxiləni rədd etdiyini vurğulayıb.

Əli Laricani bu sözləri bu ərəb ölkəsinə səfəri zamanı və Livanın yüksək rütbəli rəsmiləri, o cümlədən ölkə prezidenti və parlamentinin sədri ilə görüşdən sonra deyib.

Laricani Livan müqavimətini izzət və sionizmə qarşı durmanın simvolu adlandırıb və deyib: "Biz Livan hökumətinin müqavimətlə məsləhətləşərək verdiyi istənilən qərara hörmətlə yanaşırıq". 

Yüksək səviyyəli rəsmi İran və İraq arasında imzalanan təhlükəsizlik sazişinə toxunaraq, qeyd edib ki, İran üçün önəmli olan region ölkələri güclü və müstəqil olmasıdır və xaricdən kimsənin onlara əmr verməsinə ehtiyacları yoxdur. 

O, real müdaxilənin minlərlə kilometr uzaqlıqdan Livana planlar və cədvəllər göndərən ölkələr tərəfindən olduğunu bildirib. 

Laricani əlavə edib: "İran Livanın yenidən qurulmasına kömək etməyə hazırdır və müqaviməti xarici sifarişlərin məhsulu deyil, xalqın qəlbindən qaynaqlanan həqiqi hərəkat hesab edir.

Laricani, həmçinin İranın gücünü milli həmrəylik və xalq inqilabının nəticəsi kimi qiymətləndirərək deyib: İran dostlarını alət kimi görmür, əksinə, əməkdaşlıq və qarşılıqlı hörmətə inanır.