Avq 15, 2025 11:25 Asia/Baku
  • Arif: Bu, 14-cü hökumətin əsas strateji məqsədidir

İran İslam Respublikasının birinci vitse-prezidenti Məhəmmədrza Arif Qırğızıstana səfəri ərəfəsində jurnalistlərə verdiyi açıqlamada bildirib ki, İran Avrasiya İttifaqına tamhüquqlu üzvlüyü qarşısına məqsəd qoyub

İranın dövlət rəsmisi vurğulayıb ki, qonşu ölkələrlə, xüsusilə Avrasiya regionu ilə əlaqələrin inkişafı İranın, xüsusilə 14-cü hökumətin əsas prioritetlərindən biridir.

Arif İran ilə region ölkələri, o cümlədən Avrasiya İttifaqı arasında mövcud olan dərin tarixi və mədəni ortaq dəyərlərə toxunaraq deyib: “Bu ortaq xüsusiyyətlər bütün sahələrdə əməkdaşlıq səviyyəsinin yüksəldilməsini zəruri edir. Son bir ildə bu istiqamətdə mühüm uğurlar əldə olunub, Avrasiya ilə azad ticarət haqqında qanun yekunlaşıb və sərhəd ticarəti, tranzit və logistika sahələrində əməkdaşlıq artmaqdadır”.

O əlavə edib ki, İran ilə Avrasiya İttifaqı arasında əməkdaşlıq prosesi ötən bir il ərzində müsbət və artan templə inkişaf edib. Əsas strategiya isə İranın Avrasiya İttifaqına daimi üzv olması üçün şərait yaratmaqdır.