General Fədəvi:
İsrail səhv hesablamaya yol verdi
İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın komandir müavini bildirib ki, İsrail və ABŞ İrana qarşı 12 günlük müharibədə səhv hesablamalara yol verdilər.
General Fədəvi Zəncan şəhərində keçirilən tədbirdə çıxış zamanı deyib: "İslam İnqilabının qələbə çaldığı gündən bəri düşmənlər bir an belə düşmənçiliklərini dayandırmayıblar və hər ötən gün onun şiddətini daha da artırıblar. Amma bu gün keçmişlə əsla müqayisə oluna bilmərik, çünki vəzifəmizə uyğun olaraq, bir an belə inkişafdan əl çəkməmişik".
O, əlavə edib: "Zülm və təkəbbürlə dolu bir dünyada o kəslər təsirli ola bilərlər ki, daim güclərini artırsınlar və düşməndən bir an qafil olmasınıar".
"İsrail İrana son təcavüzü zamanı səhv hesablamaya yol verdi, çünki uğur qazanacağına inanırdı, amma Allahın lütfü ilə İslam və İnqilab vurğunları üçün ən yaxşı nəticə əldə olundu.