İranla Belarus arasında on iki əməkdaşlıq sənədi imzalanıb
Bu gün İran İslam Respublikası ilə Belarus Respublikası arasında müxtəlif sahələrdə on iki əməkdaşlıq sənədi imzalanıb.
Sənədlər İran prezidenti Məsud Pezeşkiyanın Belarusa rəsmi səfəri əsnasında imzalanıb.
Belarus prezidenti Aleksandr Lukaşenkonun rəsmi dəvətilə bu ölkəyə səfər edən Məsud Pezeşkiyan dünən gecə həmin ölkəyə daxil olarkən Belarus xalqı tərəfindən səmimi şəkildə qarşılanıb.
Sözügedən sənədlər iki ölkə arasındakı strateji həmkarlıqları dərinləşdirmək və ikitərəfli əlarələri genişləndirmək istiqamətində tənzim edilib.
Səfər zamanı İran prezidenti öz belarus həmkarı və Belarus parlamentinin sədri ilə görüşlərdən əlavə, bu ölkədə yaşayan bir qrup iranlı ilə da görüşüb, söhbət edibdir.
Pezeşkiyan bundan öncə Ermənistana səfər etmişdi. Həmin səfərdə o, və onu müşayiət edən nümayəndə heyəti, İrəvan başçıları ilə müzakirələrdən sonra erməni tərəflərlə sənaye, iqtisadiyyat, turizm və ticarət sahələrində bir neçə əməkdaşlıq sənədi imzalayıblar.