İran müdafiə nazirindən xəbərdarlıq:
İsrailin yenidən hücum edəcəyi halda, yeni raketlərdən istifadəyə hazırıq
İranın müdafiə naziri Əmir Nəsirzadə bildirib ki, sionist rejimin hücumlarının təkrar olunacağı təqdirdə, onikigünlük müharibə ilə müqayisədə, yeni və daha modern raketlərdən istifadə edəcəyik.
Nəsirzadə vurğulayıb: Həmin müharibədə istifadə olunan raketlər müdafiə nazirliyinin bir neçə il bundan qabaqkı məhsulları idilər. Bu gün isə, İran daha yaxşı texnologiyalara nail olub.
Son müharibəyə işarə edən Nəsirzadə bildiribdir ki: İran xarici mənbələrə söykənmədən və bütün daxili bacarıqdan istifadə ilə, meydana girdi.
İran raketləri yüksək dəqiqliklə hədəfləri vurublar, lakin sionist rejimin media senzurası görüntülərin tam şəkildə yayılmasına mane oldu- deyə, Nəsirzadə söyləyib.
İranın müdafiə naziri vurğulayıb: THAAD, Patriot, «Dəmir Qübbə», «Arrow» kimi modern hava hücumundan müdafiə sistemləri İran raketlərinin əksər hissəsinin zərbəsinə mane ola bilmədilər. Belə ki, müharibənin son günlərində raketlərin doxsan faizi hədəfləri vurdu.