Avq 24, 2025 19:48 Asia/Baku

İslam İnqilabının Müəzzəm Rəhbəri avqustun 24-də İmam Əli ibn Musa ər-Rzanın (ə) şəhadətinin ildönümündə müxtəlif təbəqələrdən olan minlərlə vətəndaşla görüşündə İran xalqının və İslam sisteminin diz çökdürülməsinin mümkünsüz olduğunu bildirərək müqəddəs və böyük birliyinin polad sipərini qoruyub möhkəm saxlamağı bu gün xüsusi əhəmiyyətə malik məsələ adlandırıb.

Həzrət Ayətullahül-üzma Xamenei İran xalqının dünya gözündə xüsusi əzəməti və ikiqat ləyaqətinin səbəbi kimi ikinci elan olunmamış müharibədə onun qüdrətlə dayandığını göstərib və mühüm bir sual verib: Həqiqətən, bütün Amerika hökumətlərinin son 45 ildə İrana qarşı davamlı düşmənçiliyinin səbəbi nədir?

"Əvvəllər amerikalılar bu düşmənçiliyin əsl səbəbini terror, insan haqları, demokratiya, qadın məsələsi və bu kimi məsələlər kimi başlıqlar altında gizlədirdilər, ya da açıq şəkildə İranın davranışını dəyişmək istədiklərini deyirdilər, lakin bu gün Amerikada vəzifədə olan bu şəxs İrana qarşı düşmənçiliyin əsl səbəbini açıqladı və “İranın bizə qulaq asmasını istəyirik” dedi. Başqa sözlə, biz əslində İran xalqının və İslam Respublikasının əmrlərimizə tabe olmasını istəyirik.

"Aliməqamlı Rəhbər amerikalıların bu pis məqsədinin dərindən dərk edilməsinin vacibliyini vurğulayaraq deyib: Onlar istəyirlər ki, böyük tarixi ilə İran, və bütün ləyaqəti və qüruru ilə millətimiz Amerikaya baş əysin.Həzrət ağa Amerikanın qəzəb və düşmənçiliyinin səbəbini İran xalqının şüarlarında görən şəxsləri səthi insanlar adlandırıb və əlavə edib: “Niyə Amerika ilə birbaşa danışıqlar aparmır və məsələləri həll etmirsiniz” deyənlər çox səthi yanaşırlar; çünki məsələnin mahiyyəti bu deyil və Amerikanın məlum hədəfləri qüvvədə olduqda, bu məsələlər həll olunmayacaq.ağa Xamenei Amerika rəsmilərinin İran xalqını diz çökdürmək və onu özlərinə müti etmək üçün söz və hərəkətlərini iranlılara qarşı təhqir adlandırıb və vurğulayıblar: Xalq belə çirkin gözləntidən çox inciyib və bu tələbin qarşısında qüvvətlə dayanacaq.O həzrət, son müharibənin də əslində məhz bu gözlənti və bədxah məqsədə görə baş verdiyini xatırladaraq əlavə edib: Onlar sionist rejimi İslam Respublikasının guya işini bitirmək üçün qurub ortaya atdılar, ona köməklik göstərdilər, lakin düşünmürdülər ki, İran xalqı onların qarşısında möhkəm dayanacaq və düşməni öz məşum əməlindən peşiman edəcəkdir.

İnqilab Rəhbəri müharibənin başlamasından bir gün sonra bir sıra ABŞ muzdlu ünsürlərin İslam Respublikasından sonrakı hökumətin təyin edilməsi məsələsini müzakirə etmək üçün Avropada toplanmasına toxunaraq deyib: Onlar öz gülünc məqsədlərinin həyata keçirilməsində o qədər əmin idilər ki, hücumun başlanmasından bir gün sonra növbəti hökuməti təyin etmək üçün iclas keçirdilər və kral da təyin etdilər.Ayətullahül Xamenei o axmaqlar arasında bir iranlının olmasına işarə edərək qeyd edib: Ölkəsinin əleyhinə, yəhudilərin, sionizmin və Amerikanın xeyrinə işləyən o iranlının başına daş düşsün!

Müəzzəm Rəhbər sonra İslam Respublikası silahlı qüvvələrinin qüdrət nümayiş etdirməsini tənliklərin dəyişməsinin əsas amili adlandırıb və əlavə edib: Biz və bütün İran xalqı silahlı qüvvələrə böyük işlərinə görə təşəkkür edirik. Bundan sonra İran və onun silahlı qüvvələrinin güc və imkanları günbəgün artacaqdır.Aliməqamlı Rəhbərin sözlərinə görə, İslam Respublikası son 45 ildə hər gün daha da güclənib və düşmən çarəni ölkə daxilində nifaq yaratmaqda görür. Ancaq Allaha şükürlər olsun ki, bu gün xalq həmrəydir və siyasi və ictimai zövqlərin fərqliliyinə baxmayaraq, hamı düşmən qarşısında həmrəydir və birliyimiz xarici təcavüzün qarşısını alır.İnqilab Rəhbəri ölkənin xadimlərinə dəstək olmağı vacib məsələ adlandırıb və qeyd edib: İnsanlar çalışqan, yorulmaz və qətiyyətli xadimlərinə, o cümlədən Prezidentə dəstək olmalı, qədrlərini bilməlidirlər.

Həzrət Ayətullahül-üzma Xamenei sonda sionist rejimi xalqlar arasında dünyanın ən mənfur rejimi adlandırıb və buyurub: Bu gün hətta sionist rejimin ənənəvi himayədarları olan İngiltərə və Fransa kimi Qərb dövlətləri də onu pisləyirlər; əlbəttə, bu qınaqlar şifahi və faydasızdır.

O, sionist rejim rəhbərlərinin uşaqları aclıq və susuzluqdan öldürmək və yemək növbəsinə olarkən onlara qarşı soyqırım törətmək kimi cinayətlərini bəşər tarixində misli görünməmiş hadisə adlandırıb və deyib: Biz bu iyrənc cinayətlərə qarşı durmalıyıq; əlbəttə ki, sözlə və qınaqla dayanmaq faydasızdır, amma daha doğrusu, igid Yəmən xalqı kimi hər kəs sionist rejimə yardım yollarını bağlamaq üçün nəsə etməlidir.

Söhbətinin sonunda Həzrət Ayətullahül-üzma Xasmenei ümidvar olduğunu bildirib ki, Allah-Taala İran xalqının və bütün haqsevərlərin hərəkatına xeyir-dua verməklə bu dərin və ölümcül xərçəng şişini regiondan qoparacaq və müsəlman xalqlarını oyadıb birləşdirəcəkdir.