Pezeşkiyan İranın astronomiya komandasını dünya çempionatında qələbəyə görə təbrik edib
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian İranın Milli Astronomiya və Astrofizika Komandasını ardıcıl ikinci il olaraq, dünya çempionatında qazandıqları qələbə münasibəti ilə təbrik edib.
Prezident Pezeşkianın təbrik müraciətində deyilir: "Bu diyarın istedadlı və gələcəyi yaradan gənclərinin yorulmaz səylərinin nəticəsi olan bu ümidverici qələbə bizim gənc nəslin iradə etdikləri istənilən sahədə parlaya və İranın qürurlu bayrağını tərəqqi və başıucalığın ən yüksək zirvələrində dalğalandıra biləcəyinin sübutdur”.
"Mən bu qələbə münasibətilə bütün İran xalqını, xüsusən də ölkənin elm və mədəniyyət ictimaiyyətini təbrik edir, Uca Allahdan bu əziz insanlara uğurlarının davamlı olmasını diləyirəm", - deyə təbrik müraciətinin davamında əlavə olunub.
Qeyd edək ki, İran komandası 18-ci Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında beş qızıl medal qazanaraq, dünya çempionu olub.