Əraqçı snapback barədə Avropaya xəbərdarlıq edib
İran xarici işlər naziri üç Avropa ölkəsinin snapback mexanizmindən istifadə üçün qanuni və əxlaqi səlahiyyətə malik olmadığını vurğulayıb, belə bir addımın nəticələri barədə xəbərdarlıq edib.
Üç Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi İran xarici işlər naziri Seyid Abbas Əraqçı ilə telefonla söhbət ediblər.
Üç Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi İran xarici işlər naziri Seyid Abbas Əraqçı ilə telefonla söhbət ediblər. İran xarici işlər naziri üç Avropa ölkəsinin snapback mexanizmindən istifadə üçün qanuni və əxlaqi səlahiyyətə malik olmadığını vurğulayıb, belə bir addımın nəticələri barədə xəbərdarlıq edib.
Əraqçı vurğulayıb: İran İslam Respublikası özünümüdafiə sahəsində qüdrətlə hərəkət etdiyi kimi, diplomatiya yolunu da heç vaxt tərk etməyib və İran xalqının hüquq və maraqlarını təmin edəcək istənilən diplomatik həll yoluna hazırdır.
İran xarici işlər naziri avropalı tərəflərin diplomatiya üçün daha çox vaxtın ayrılması məqsədilə 2231 saylı qətnamənin uzadılması üzrə fikri təkrarlamalarına reaksiyada söyləyib: Bu qərarı ümumiyyətlə BMT Təhlükəsizlik Şurası qəbul etməlidir. İran İslam Respublikası bu barədə öz prinsipial baxışları və mövqelərinə malik olsa da, onun bu prosesdə heç bir iştirakı yoxdur.
Eyni zamanda, İran Təhlükəsizlik Şurasındakı dostları ilə belə bir addımın təsirləri, həmçinin qarşıda duran yol barədə məşvərət edib, fikir mübadiləsi aparacaq- deyə, Əraqçı bildirib.
Üç Avropa ölkəsinin xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi bu telefon söhbətində bir daha Avropa ölkələrinin bir diplomatik həll yolu tapmağa hazır olduqlarını vurğulayıblar.
Sonda qərara alınıb ki, İranın üç Avropa ölkəsi və Avropa Birliyi ilə danışıqları gələn həftənin çərşənbə axşamı günü xarici işlər nazirlərinin müavinləri səviyyəsində təqib olunsun.