Avq 27, 2025 15:01 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyi Avstraliyanın diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarından sonra bəyanat yayıb

İran Xarici İşlər Nazirliyi bir bəyanatda, Avstraliya hökumətinin İran səfiri və bir neçə digər diplomata antisemitizm iddialarına görə ölkəni tərk etmə əmri verməsindən təəssüfləndiyini bildirib və bu addımı “əsassız” və iki ölkə arasında diplomatik münasibətlər ənənəsinə zidd adlandırıb.

İran Xarici İşlər Nazirliyi Avstraliyanın İranla diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına cavab olaraq, bəyanat yayıb və bu addımı “əsassız” və iki ölkə arasındakı əlaqələrin ənənəsinə zidd adlandırıb.

Bəyanatda antisemitizm ilə bağlı İrana qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edilib və bu fenomenin Qərb və Avropa tarixində kök saldığı diqqətə çatdırılıb. İran, həmçinin bu konsepsiyadan Fələstində işğalçılıq və soyqırıma qarşı hər cür etirazı yatırtmaq üçün sui-istifadəni də qınayıb.

İran Xarici İşlər Nazirliyi Avstraliyanın siyasətlərini tənqid edərək, bu addımın qlobal diqqəti Qəzzədə davam edən cinayətlərdən yayındırmaq məqsədi daşıdığını və İranın qarşılıqlı tədbirlər görmək hüququnu özündə saxladığını vurğulayıb.

İran, həmçinin Avstraliya hökumətini bu qərarını yenidən nəzərdən keçirməyə çağırıb və onun bu ölkədə yaşayan iranlılar üçün yaradacağı problemlərə görə Avstraliya hökumətinin məsuliyyət daşıdığını bildirib.