Avq 25, 2025 18:35 Asia/Baku
  • İran heç vaxt nüvə silahı ardınca olmayıb, olmayacaq da

İran prezidenti Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Moskvanın İranın zənginləşdirmə hüququna verdiyi dəstəyə görə minnətdarlığını bildirib və deyib: "İran öz ideoloji prinsiplərinə və müdafiə doktrinasına əsasən heç vaxt nüvə silahı hazırlamaq ardınca olmayıb, deyil və olmayacaq da".

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi iranlı həmkarı ilə telefon danışığı aparıb. O, İran və Rusiya arasında Rəşt-Astara dəmir yolu layihəsi və Buşehr Atom Elektrik Stansiyası da daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıqların irəliləyişindən məmnunluq ifadə edib və İranın uranı zənginləşdirmə hüququna güclü dəstəyini vurğulayıb. 

Tərəflər, həmçinin Rusiya prezidentinin Alyaskada ABŞ prezidenti ilə Ukrayna məsələsi ilə bağlı son danışıqlarının əsas məqamlarını və nəticələrini nəzərdən keçiriblər. 

Prezident Pezeşkian telefon danışığında Ermənistana olan son səfərinə toxunaraq, Qafqaz regionunda problemlərin həll üçün 3+3 danışıqlarının əhəmiyyətinə təkid edib.