Sen 14, 2025 18:02 Asia/Baku
  • İran MTAŞ-nin İİR XİN ilə AEBA arasındakı razılaşma haqda bəyanatı

İran Milli Təhlükəsizlik Ali Şurasının katibliyi İran xarici işlər nazirilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru arasında imzalanan tərtibat və İranla agentlik arasındakı anlaşma tərzi barədə bəyanat verib.

Bəyanatda deyilir:

1- Möhtərəm xarici işlər nazirilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru arasında imzalanan tərtibatın mətni İran Milli Təhlükəsizlik Ali Şurasının nüvə komitəsində araşdırılıb və imza olunan sənəd, ümumilikdə, elə bu komitənin qəbul etdiyi qərardır.

2- Müxtəlif aidiyyəti orqanların baş məsul şəxslərindən ibarət olan nüvə komitəsi bütün dövrlərdə Milli Təhlükəsizlik Ali Şurası tərəfindən qərar çıxarmaq icazəsinə malik olub və indiki zamanda da adi qaydada hərəkət edibdir.

3- Amerika və sionist rejim tərəfindən hücumlara məruz qalan İranın agentliyin nəzarəti altında olan nüvə təsisatları barədə isə:

Birincisi, lazımi təhlükəsizlik şəraitinin yaradılmasından sonra, İran sırf olaraq öz hesabatını İran Milli Təhlükəsizlik Ali Şurasının nəzərini öyrəndikdən sonra agentliyə təqdim edəcək.

İkincisi, sonrakı mərhələdə, agentliyə göndərilən hesabat barədə İran ilə agentlik arasındakı həmkarlığın icra metodları/ tərəflər arasında razılaşdırılmalı və daxili prosesə uyğun olaraq, hər bir addımın icrası, Milli Təhlükəsizlik Ali Şurası tərəfindən təsdiq edilməlidir.

4- BMT Təhlükəsizlik Şurasının xitam verilmiş qətnamələrinin geri qaytarılması da daxil olmaqla, İran İslam Respublikasına və onun nüvə təsisatlarına qarşı hər hansı düşmənçilik addımının atılacağı təqdirdə, bu tərtibatın icrası dayandırılacaqdır.