Okt 21, 2025 17:08 Asia/Baku
  • Sepah-ın baş komandanı: İrana təcavüz edilərsə, cəhənnəm yaradarıq

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib ki: Əgər İrana təcavüz baş verərsə, bizim cavabımız onikigünlük müqəddəs müdafiədən daha güclü olacaq və düşmən üçün cəhənnəm quracağıq.

General-leytenant pasdar Məhəmməd Pakpur İraqın millli təhlükəsizlik müşaviri Qasim Ələrəci ilə görüşdə vurğulayıb: Sionist-ameirkan düşmən “Thad” da daxil olmaqla öz raket sipərinə güvənmişdi, amma İran raketləri atıldı və təyin edilmiş hədəfə dəydi.

İraqın onikigünlük müharibə gedişində düşmən qruplarının nəzarətdə saxlanılması üzrə tədbirlərini yüksək qiymətləndirən Sepah-ın baş komandanı sərhəd bölgələrinə nəzarət üçün yerli komitənin yerləşdirilməsi və təhlükəsizlik razılaşmalarının tam şəkildə icra olunmasını istəyib. Vurğulayıb ki, bu qruplar hər iki ölkənin təhlükəsizliyi üçün təhdid sayılırlar və birgə əməkdaşlıq nəticəsində aradan qaldırılmalıdırlar.

Qasim Ələrəci də öz növbəsində bir daha İraqın/ bu ölkə ərazisindən İranın təhlükəsizliyi əleyhinə hər hansı addımın atılmasının qarşısının alınması üzrə öhdəliynə təkid edib və belə deyib: Biz onikigünlük savaşda düşmən qruplara heç bir fəaliyyət icazəsi vermədik və gələcəkdə də belə fəaliyyətlərə qətiyyətlə mane olacağıq. Sonda tərəflər/ ikitərəfli razılaşmaların həyata keçirilməsi və təhlükəsizlik əməkdaşlıqlarının gücləndirilməsinə təkid ediblər. İraqlı rəsmilər İranla öhdəliklərinə olan etik və siyasi sədaqətlərinə təkid ediblər.