İran sionist rejimin Fələstindəki cinayətlərini kəskin şəkildə pisləyib
İran Xarici İşlər Nazirliyinin sözçüsü Qəzzə və İordan çayının qərb sahilində davam edən qətliamları, blokadanı və genişmiqyaslı dağıntıları "soyqırımı siyasəti"nin bariz nümunəsi adlandırıb və beynəlxalq ictimaiyyəti bu cinayətləri dayandırmağa çağırıb.
İsmayıl Bəqayi davam edən qırğınları, Qəzzənin blokadasını və həyati əhəmiyyətli infrastrukturların yenidən qurulmasının qarşısının alınmasını sərt şəkildə pisləyərək, bu addımları sionist rejimin fələstinlilərə qarşı soyqırımı siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.
O, sionist qəsəbə sakinlərinin terrorçu hücumlarının artmasına, müqəddəs məkanlara hörmətsizlik edilməsinə və özbaşına həbslərə toxunaraq, vurğulayıb ki, İordan çayının qərb sahilində baş verənlər sionist rejimin fələstinliləri məhv etməyə yönəlmiş müstəmləkəçi siyasətinin davamıdır.
Baqayi, həmçinin ABŞ və bəzi Avropa dövlətlərinin sionist rejimə verdiyi hərbi və siyasi dəstəyini "cinayətlərə şəriklik" kimi dəyərləndirərək, bu cinayətləri törədənlərin cəzasız qalmasına son qoyulmasının vacibliyini vurğulayıb.