Sepah-ın dəniz qüvvələrinin “Qüdrət” hərbi təlimlərinin 2-ci etapı başlanıb
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın dəniz qüvvələrinin “Qüdrət” hərbi təlimlərinin 2-ci etapı iri həcmdə dəqiq və uzaqmənzilli ballistik və qanadlı raketlərin atılması ilə başlanıb.
Təlimlərin bu mərhələsində “Qədr-yüz on”, “Qədr-üç yüz səksən” və Qədir tipli qanadlı raketlər, həmçinin “üç yüz üç” tipli ballistik raket/ ölkənin dərinliyindəki nöqtələrdən/ Oman dənizində öncədən təyin edilmiş bütün hədəfləri eynizamanlı atışlarla/ yüksək dəqiqliklə məhv ediblər.
Raket atışları ilə bir vaxtda, PUA sistemləri də düşmənin simulyasiya edilmiş bazalarına hücum edib, onları uğurla məhv etməyi bacarıblar.
Təlimlərin bu etapında həmçinin, gəmilər üzərində quraşdırılmış hava hücumundan müdafiə sistemləri/ İranın sahilinə və yüksək sürətli qayıqlarına hücum niyyətində olan hava obyektlərilə ağır mübarizə məşqi həyata keçirirlər.
Simulyasiya edilmiş müharibə şəraitində düşmənin elektron müharibəsilə mübarizə və döyüş sistemlərinin stabilliyi, təlimlərin Fars Körfəzində, Hörmüz boğazında və İran adalarında həyata keçirilən ən mühüm hədəflərindəndir