Azərbaycan Respublikasının səfiri:
Tehran-Bakı münasibətləri inkişaf edir
Yüksək səviyyəli səfərlər yaxın gələcəkdə davam edəcək.
Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə, İSNA informasiya agentliyinə verdiyi müsahibədə EKO iqtisadi əməkdaşlıq təşkilatının Xankəndi-də keçirilən on yeddinci sammitinə diqqət çəkib. Səfir, Azərbaycan Respublikasının işğal altında olan ərazilərinin azad edilməsindən sonra bu iclası, «olduqca uğurlu» adlandırıb.
Səfir qeyd edib ki, iclasda ölkə rəhbərləri iqtisadiyyat, ticarət, energetika, mədəniyyət və humanitar sahələrdəki əməkdaşlıqları sürətləndirmək üçün konkret təkliflər veriblər.
Tehran-Bakı münasibətlərini «qardaşcasına və dostcasına» adlandıran Əlizadə vurğulayıb ki, EKO üzvləri arasında ticarət həcmi artmaqdadır və bu prosesin daha da güclənməsi üçün tərəflər arasındakı yüksək səviyyəli görüşlər yaxın gələcəkdə davam edəcək.